Azərbaycan cüdoçusu Turan Bayramov (60 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal əldə edib.

22 yaşlı idmançı finalda Beynəlxalq Cüdo Federasiyasını təmsil edən rusiyalı Ayub Bliyevlə üz-üzə gəlib.

Rəqibinə uduzan T.Bayramov ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, "Böyük Dəbilqə" martın 2-də başa çatacaq.

.