
ABŞ prezidenti Donald Tramp bəzi ölkələrə əlavə qarşılıqlı idxal rüsumlarının 90 günlük dayandırıldığını elan etdikdən sonra "Bitkoin"in qiyməti ticarətdə 6 faizdən çox artıb.
Bu barədə "Binance" ticarət platformasından bildirilib.
Bakı vaxtı ilə saat 21:18-ə olan məlumata əsasən, "Bitkoin" 1,49 faiz artaraq 78 310 min dollar olub.
Saat 22:00-də "Bitkoin" artımını sürətləndirib və 82,485 min dollar (+6,87%) səviyyəsində olub.
.