Niderland millisinin baş məşqçisi Ronald Kuman "Barselona"nın sükanı arxasına gətirilib.

Bu barədə Kataloniya klubunun prezidenti Xosep Bartomeu "Barsa TV"yə açıqlamasında məlumat verib.

Klub rəhbəri bildirib ki, bir müddət əvvəl istefaya göndərilən Kike Setyenin əvəzinə baş məşqçi postuna 57 yaşlı Kuman təyin olunub. Prezident eyni zamanda kapitan Lionel Messinin də komandada qalacağını söyləyib.

Qeyd edək ki, "Barselona" Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya"ya 2:8 hesablı məğlubiyyətdən Kike Setyeni istefaya göndərib.

.