"Barselona" klubunun baş məşqçisi Xavi Ernandes 2 oyunluq cəzalandırılıb.

Buna onun İspaniya çempionatının 29-cu turunda "Atletiko" ilə keçirilən oyunda qırmızı vərəqə alması səbəb olub.

44 yaşlı ispaniyalı mütəxəssis sözügedən matçdakı davranışına görə hakimin qəzəbinə tuş gəlib. O, "Las Palmas" və "Kadis"lə növbəti qarşılaşmalar zamanı texniki zonada yer ala bilməyəcək.

Qeyd edək ki, "Barselona" La Liqada 29 oyundan sonra 64 xalla ikinci pillədə qərarlaşıb.

.