İspaniyanın "Barselona" klubu futbolçusu Rafinya ilə vidalaşa bilər.
Yenizaman "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi braziliyalı vingeri yayda satmağa hazırdır.
Səudiyyə Ərəbistanı klubları 28 yaşlı oyunçu ilə maraqlanır. Rafinya DÇ-2026-dan sonra komandadan ayrılmağı düşünsə, "Barselona" buna mane olmayacaq.
Qeyd edək ki, Rafinya 2022-ci ildən İspaniya nəhəngində çıxış edir.
.
