"Barselona" klub tarixinin rekordunu təkrarlayıb.

Komanda buna La Liqanın VII turunda "Real Sosyedad"ı məğlub etməklə nail olub.

Son ölkə çempionu bütün yarışlarda ardıcıl 44-cü matçda qol vurub. Əvvəlki rekord 1942-ci ilin noyabrından 1944-cü ilin fevralınadək Xuan Xose Noqesin baş məşqçi olduğu dönəmə təsadüf edib. Kataloniyalılar həmin vaxt 44 qarşılaşmanın hər birində fərqlənib.

Qeyd edək ki, "Barselona" "Real Sosyedad"ı 2:1 hesabı ilə üstələyib.

.