İspaniyanın "Barselona" futbol klubu argentinalı hücumçu Lionel Messini İngiltərənin "Mançester Siti"sinə 280 milyon avroya satmağa hazırdır.

TASS xəbər verir ki, daha əvvəl Messi "Barselona"dan ayrılmaq istəyi barədə deyib, namizədlər arasında İngilis "Mançester Siti", İtaliyanın "İnter" və Fransanın "Pari SenJermen" komandaları da var. Öz növbəsində "Barselona" Messini heyətdə saxlamaqda maraqlı olduqlarını açıqlayıb.

Mənbənin bildirdiyinə görə, "Barselona" həmçinin oyunçuların mübadiləsi imkanını da müzakirə etməyə hazırıdr.

.