"BakuBus” MMC-nin yığılmış vergi borcu 2 milyon manatı ötüb.

Borclar üzrə elektron xidmətin məlumatına görə, “BakuBus” MMC-nin bu il yanvar ayının 15-nə olan yığılmış vergi borcu 2 milyon 87,216 min manat təşkil edir.

Qeyd edək ki, nizamnamə kapitalı 3 milyon manat olan dövlət şirkətinin qanunu təmsilçisi Elnur Maqsud oğlu Qarayevdir. Şirkətin maliyyə hesabatları rəsmi elektron səhifəsində açıqlanmadığı üçün vergi borcunun nədən qaynaqlandığı məlum deyil.

.