
ABŞ prezidenti Donald Tramp Vladimir Zelenski və Aİ liderləri ilə telefon danışığında Rusiya prezidenti Vladimir Putinlə müvəqqəti atəşkəsdənsə, Ukrayna üzrə hərtərəfli sülh sazişinin tərəfdarı olduqlarını bildirib.
Bu barədə "Axios" portalı məlumat yayıb.
Telefon danışığı zamanı Tramp Zelenskiyə və Avropa liderlərinə deyib ki, Putin atəşkəsdə deyil, müharibəyə son qoyacaq hərtərəfli nizamlanmada maraqlıdır. Tramp da hesab edir ki, sülh sazişinin tezliklə bağlanması atəşkəsdən daha yaxşıdır.
.