"AXA MBASK" sığorta şirkəti fəaliyyətini dayandırır.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat verir.

Məlumata əsasən, "AXA MBASK" fəaliyyətin dayandırılması və şirkətin ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, şirkətin səhmləri Fransanın "AXA" qrupunun törəmə şirkəti olan "XA Seguros Generales, S.A., De Seguros Y Reaseguros" (İspaniya) şirkətinə məxsusdur.

.