Quba rayonunda süd mağazası yanıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Quba rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 m² olan süd məhsulları mağazasının lambirdən ibarət tavanı 6 m² sahədə və içərisində yığılmış süd məhsulları 3 m² sahədə yanıb. 

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 6:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 
.