Bu gün axşam saatlarında ağır yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya federasiyası dövlət sərhəddi yolunun Quba rayonu, Paşaoba kəndi ərazisində qeydə alınıb. 99 BA 788 dövlət nömrə qeydiyyatlı "Mersedes Vita” markalı avtomaşınla 10 DE 509 dövlət nömrə nişanlı "VAZ 2107” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 6 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.Qubada çeçenlər ağır qəzaya düşdü: 2 ölü, 6 yaralı
Quba Mərkəzi Rayon Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, qəzaya düşənlərin 6-sı Rusiya Federasiyası, Çeçenistan Respublikasının sakinləridir.
1978-ci il təvəllüdlü İsayeva Zaida Sedreddinoviç hadisə zamanı dünyasını dəyişib. Digər 5 nəfər – 23 yaşlı İsakova Larisa Aleksandrovna, 26 yaşlı Luisa Biddilova, 1972-ci il təvəllüdlü Manatarova Larisa Baxayevna, 1967-ci il təvəllüdlü Bustayeva Luiza Şaxayevna və Larisa Bondora Aleksandrovna müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Digər xəsarət alan şəxs isə 1973-cü il təvəllüdlü Bakı şəhər sakini Süleymanov Kamil Gülrza oğludur.
"VAZ 2107”-nin sürücüsü Cəfərov Zümrəddin Minacəddin oğlu da hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
.