Məhkəmə İctimai Təşəbbüslər Mərkəzinin və mərkəzin rəhbəri, iqtisadçı ekspert Qubad İbadoğlunun şəxsi bank hesablarına həbs qoyub.
Avqustun 29-da "Media forum” saytına açıqlama verən Qubad İbadoğlu deyib ki, Səbayel Rayon Məhkəməsi İctimai Təşəbbüslər Mərkəzinin "Bank Respublika”da olan hesabına, Nəsimi Rayon Məhkəməsi isə Beynəlxalq Bankda yerləşən şəxsi hesablarına həbs qoyub: "Həbs prokurorluğun təqdimatı əsasında gerçəkləşib. Amma bizə qarşı belə bir iddianın qaldırıldığı və məhkəmənin işə baxacağı haqda əvvəldən məlumatımız olmayıb, xəbərdarlıq almamışıq. Məhkəmələr iddiaya bizim iştirakımız olmadan baxaraq qərar verib, qərarları da almamışıq. Bir dəfə məhkəmələrə getmişik, ala bilməmişik.
Qərarları əldə edən kimi apellyasiya şikayəti verəcəyik. Hələlik bank hesablarına hansı səbəbdən həbs qoyulduğu bizə bəlli deyil”.
.
