
İranın nüvə proqramı ilə bağlı vəziyyət nisbətən sakitdir.
Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib.
"İranla bağlı vəziyyət AEBA-nın gündəmindədir. Ölkə malik olduğu iddialı və geniş nüvə proqramı çərçivəsində uranı demək olar ki, hərbi istifadə üçün yararlı səviyyəyə qədər zənginləşdirir. Xüsusilə Yaxın Şərqdə qeyri-sabitliyin hökm sürdüyü dövrdə AEBA-nın danışıqlardakı rolu qəti surətdə vacibdir", - o bildirib.
.