Tramp yenidən prezident seçiləcəyi təqdirdə ABŞ-ı NATO-dan çıxara bilər.
Yenizaman xəbər verir ki, bunu Donald Trampın dönəmində Pentaqonun rəhbəri olmuş Mark Esper deyib.
"Qorxuram ki, ikinci administrasiya dövründə o, bizi NATO-dan çıxaracaq. Həmçinin o ABŞ qoşunlarının Koreya və Yaponiyadan çıxarılması və ola bilsin ki, Tayvanla münasibətləri zəiflətməyimiz üzərində işləyəcək", - Pentaqonun sabiq rəhbəri bildirib.
Qeyd edək ki, Mark Esper 2019-cu ilin iyulundan 2020-ci ilin noyabrına qədər ABŞ-ın müdafiə naziri vəzifəsində çalışıb.
.
