Erməni əsilli teleulduz və model Kim Kardaşyan ilk dəfə qarət zamanı yaşananları danışıb. 

Yenizaman.az xarici KİV-lərə istinadən xəbər verir ki, model qarət zamanı ən çox zorlanmaqdan qorxduğunu dilə gətirib. Məlumata görə, oğrular içəri daxil olmazdan öncə model yatmağa hazırlaşıb və əynində yalnızca xalat olub. Şüşə qapı arxasından oğruları görən Kim mühafizəçisinə zəng vurmaq istəyib. Lakin cəld tərpənən oğrular ona mane olublar. 

Oğrular modelin əllərini və ayaqlarını bağlayıblar. Bu zaman Kardaşyan oğruların onu zorlayacaqlarını düşünüb. Lakin modelin əl-qolunu bağlayan naməlum şəxslər onu vanna otağına aparıblar.

Kardaşyanın sözlərinə görə, oğrular öz aralarında yalnız fransız dilində danışıblar. Bu danışıqdan model yalnız ərinin bağışladığı üzüyü axtardıqlarını başa düşüb. 

Bir mərtəbə aşağıda yaşayan Kimin köməkçisi bildirib ki, səs eşidən kimi mühafizəçiləri çağırıb. Lakin onlar gələnə kimi oğrular qaça biliblər. Bütün bu hadisələr 7 dəqiqədən də az zaman kəsiyində baş verib. Psixi pozğunluq keçirən Kardaşyan ABŞ-dakı evinə gedib.

Xatırladaq ki, oktyabrın 2-dən 3-ə keçən gecə erməni əsilli teleulduz Kim Kardaşyan qarət olunub. Onun təxminən 11 milyon avroluq zinət əşyaları oğurlanıb.

.