Virtualaz.org saytının hüquq-mühafizə orqanlarındakı mənbələrdən aldığı məlumata görə, BŞBPİ-nin keçmiş rəisi Rafiq Abbasov nazir Ramil Usubovun əmri ilə nazirliyin Kadrlar İdarəsinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev "bandotdel"in rəisi təyin edilib. "Bandotdel"in əvvəlki rəisi Mirqafar Seyidov isə "qorotdel"ə rəis göndərilib.
Qeyd edək ki, bir neçə gün öncə nazir müavini Əsgər Ələkbərov pensiya yaşının çatması ilə bağlı vəzifəsindən azad olunub. Onun yerinə Kadrlar İdarəsinin rəisi İsmət Əliyev təyinat alıb. Kadrlar İdarəsinin rəisi postu bir neçə gün idi boş idi.

***

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi general – mayor Rafiq Abbasovu vəzifəsindən azad edilib. Bu barədə "Qafqazinfo”ya məlumat DİN-dən daxil olub. Məlumata görə, nazirin digər əmri ilə R. Abbasov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə rəis təyin olunub.
R. Usubov Bakı polisinin yeni rəisi vəzifəsinə MCQMİ-nin rəisi general-mayor Mirqafar Seyidov təyin edib. Qeyd edək ki, R. Abbasov Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun bacanağıdır.
.