Bakıda 26 yaşlı qohumunu qətlə yetirən gənc tutulub. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, fevralın 10-da saat 21 radələrində Biləcəri qəsəbəsi A.Zeynallı küçəsində qəsəbə sakini 1989-cu il təvəllüdlü Vüqar Salmanov bıçaqla qətlə yetirilib. Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən qohumu, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Əfqan Yusupov tutulub.
.