Qobustan rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, dekabrın 11-də saat 20 radələrində Qobustan rayonunun Poladlı kəndində yaşayan Xalıqverdi Mirzəyevin evində yanğın baş verib.
Nəticədə, evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra X.Mirzəyevin yanmış meyiti tapılıb.
.
