Azərbaycanda şiə məzhəbindən olanlara qarşı heç bir təqib yoxdur.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

“Bu gün Azərbaycanda hər kəs rahat ibadətini edir və məzhəbinə görə təqib edilmir”, - o qeyd edib.

QMİ sədri: Azad edilmiş ərazilərdə məscidlərlə yanaşı, kilsələr də təmir olunur

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə işğaldan azad edilən ərazilərdə məscidləri tikilməsi ilə bağlı məlumat verib.

QMİ sədri deyib ki, azad edilmiş ərazilərdə 10-na yaxın məscidin tikilməsi davam edir və bundan sonra da davam edəcək:

“İşğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən dağıdılmış kilsələr də var. Məscidlərlə yanaşı kilsələr də təmir olunur. Onlar erməni işğalçıları tərəfindən amansızlıqla dağıdılıb”.

.