
BBC "Bakı-2015” I Avropa Oyunlarında qızıl medal qazanan britaniyalı taekvondoçu Ceyd Consla bağlı yazı dərc edib.
APA-nın məlumatına görə, 57 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edən 22 yaşlı Cons ilk dəfə keçirilən Oyunların qalibi olmağın sevincini bölüşüb. "Qızıl medal qazanmaq özünəinamı daha da artırır. Yenidən fəxri kürsünün birinci pilləsində olmağıma görə çox xoşbəxtəm. Yeniyetmələrin Olimpiya Oyunları, Olimpiada və Avropa Oyunlarının qalibiyəm. Bu, yuxu kimidir.”
Qeyd edək ki, titullu taekvondoçu həm də "Bakı-2015” I Avropa Oyunlarının beynəlxalq atlet elçilərindən biridir.