Çində keçiriləcək Qış Olimpiya Oyunlarına gələn şəxslər arasında koronavirusa 36 yeni yoluxma halı qeydə alınıb.
Bu barədə məlumatı təşkilat komitəsi yayıb.
Qeyd olunur ki, yanvarın 28-i Çinə 1418 nəfər gəlib ki, onların 736 nəfəri idmançı və rəsmi şəxslər, 682 nəfəri isə digər maraqlı tərəflərin nümayəndələri olub. PCR-test nəticəsində 19 atlet və rəsmi şəxsdə, eləcə də 10 maraqlı tərəflərin nümayəndəsində koronavirus aşkarlanıb. Bununla yanaşı, Olimpiyadaya əvvəl gəlmiş şəxslər arasında da daha 7 yoluxma aşkar olunub.
Xatırladaq ki, daha əvvəl Olimpiyadaya gələnlər arasında 88 nəfərdə koronavirus aşkar olunmuşdu.
Qeyd edək ki, “Pekin-2022” Qış Olimpiya Oyunları fevralın 4-dən 20-nə qədər davam edəcək.
.