“Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qırmızı gölün təmizlənməsi planlaşdırılır”. 

Bunu ETSN-nin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.

Onun sözlərinə görə, təxminən 12 il bundan əvvəl aparılan təhlillər zamanı təkcə Abşeron yarımadasında 800-dən artıq qurumayan göllər mövcud idi:

“İndi o göllərin müəyyən hissəsi azaldılıb. Bunun müxtəlif səbəbləri var. Göllərin əksəriyyəti tullantıların düzgün idarə olunmaması, yağış sularının idarə olunması üçün müvafiq infrastrukturun olmaması və hər hansı fəaliyyət zamanı nəzərdə tutulan işlərin yerinə yetirilməməsidir. Bakıda yerləşən səkkiz gölün təmizlənməsi nəzərdə tutulur”.

O qeyd edib ki, hazırda Böyük göl və Zığ gölünün təmizlənməsi istiqamətində işlər gedir.

.