Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ötən ay ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraitinin ətraf mühitə göstərdiyi təsirini açıqlayıb. Nazir jurnalistlərə bildirib ki, qasırğa nəticəsində bəzi şəhərlərdə və o cümlədən meşələrdə qoca ağacların aşması qeydə alınıb. Bunu təbii hal sayan nazirin sözlərinə görə, təbii hadisələr nəticəsində seçim olur: "Zəiflər təbiətdən gedir, daha güclüləri isə təbiətdə qalır, uyğunlaşır. Bu da təbii prosesdir". H.Bağırov daha sonra bildirib ki, hər il olduğu kimi yaz vaxtlarında isti hava axınlarının toqquşması nəticəsində ölkədə qasırğalar artır və bunun da nəticəsi olaraq qoca, xəstə ağaclar tələf olur. Lakin yenizaman.az-a Hüseynqulu Bağırovun söylədiklərinin maraqlı tərəfləri barədə, nazirin dili ilə desək təbii prosesdən Azərbaycanın bölgələrində qırılan, kəsilən və yaxud divan tutulan ağaclarla bağlı ilginc məlumatlar daxil olub. Deyə bilmərik bəlkədə bunlardan nazirin xəbəri yoxdur. Amma bu heç də inandırıcı görsənmir.
Məlumata görə, son dövrlər Azərbaycan meşələrində qırğınlar törədənlər bu "ağac soyqırımını” ört-basdır etmək üçün ünikal vasitələrə əl atıblar. Belə vasitələrdən birini də elə nazir özü söyləyib "QASIRĞA”. Bununla da Hüseynqulu Bağırov öz işçilərinə məsələnin çözmək yollarını dolayısı ilə başa salıb. Adətən Ekologiya və Təbii Sərvətlər (ETSN) nazirliyinin əməkdaşları il ərzində Azərbaycan meşələrində kəsib satdıqları ağacları xəstə, qoca və sonda da qasırğa adı altında edirlər. Buna görə isə kimsə məsuliyyət daşımır. Daşıyada bilməz. Çünki hansısa bir qurum hətta ETSN belə təbii fəlakətin qarşısını almaq qüdrətində deyil. Elə bu səbəbdən də uzun illərdir ki, Azərbaycanın təbiətinə divan tutan şəxslər məsuliyyətdən kənar qalırlar. İttiham isə təbii fəlakətin üzərinə yönəlir. Maraqlısı isə odur ki, mebel sexlərindən tutmuş tüfəng qundağının istehsalına qədər Azərbaycan meşələrinin nadir ağaclarından istifadə edilir. Yeri gəlmişkən tüfəng ğundağının istehsalı da fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğu bildirilir. ETSN rəhbərinin isə məhz "fövqəlnazir”in kurasiyasında olduğu barədə ölkə mediasında kifayyət qədər yazılıb.
.
