Qırğızıstan Parlamenti hökumətin yeni tərkibini təsdiq edib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Məlumata görə, parlament Sadır Japarovun rəhbərlik etdiyi yeni nazirlər kabinetini təsdiqləyib.

“Ala-Arça” dövlət iqamətgahında keçirilən iclasda iştirak edən bütün millət vəkilləri Japarovun namizədliyinə, Nazirlər Kabinetinin tərkibinə və proqramına yekdilliklə səs veriblər.

.