Rusiyaya tətbiq edilən sanksiyaların pozulması ilə bağlı iddialara qarşı Qırğızıstanda dron və Pilotsuz Uçuş Aparatlarının ixracı qadağan edilib.

Yenizaman-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov bildirib.

"Qırğızıstan müstəqil ölkədir. Bundan sonra da bütün ölkələrlə bərabərhüquqlu münasibətlər quracaq və çoxtərəfli xarici siyasət aparacağıq”, - deyə o, əlavə edib.

Qeyd edək ki, mediada Qırğızıstandan olan 14 Pilotsuz Uçuş Aparatının (kənd təsərrüfatı dronları) Qazaxıstanda ələ keçirilməsi ilə bağlı xəbərlər yayılıb.

.