
“Bugünkü çağırışlar bizi məcbur edir ki, daha həmrəy olaq”.
APA-nın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
O bildirib ki, keçən il Qırğız Respublikası təşkilatda sədrliyi öz üzərinə götürdü: “Bu bizim üçün vacib dövr idi. Bizim sədrliyimiz dövründə 124 yüksək səviyyəli tədbir uğurla təşkil edilib. Bizim sədrliyimiz Türk dünyasının gücləndirilməsinə yönəlmişdi. Əminəm ki, bizim iqtisadi təmaslarımız genişlənəcək. Rəqəmsal gələcəklə bağlı elektron imzaların qarşılıqlı tanınması ilə bağlı saziş irəli sürüb. Biz təhlükəsizlik sahəsinə də böyük əhəmiyyət veririk. Bu sahədə də biz saziş təklif etmişik. Bu saziş terrorçuluq, ekstremizm, beynəlxalq cinayətlərlə bağlı birgə əməkdaşlığı təşviq edəcək”.
Vaşinqton razılaşması ilə Cənubi Qafqazda davamlı sülh olacaq
Qəbələ Zirvəsinin mövzusu bu gün ən vacib məsələlərdən biridir.
Bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçir
Bu gün qəbul edəcəyimiz Qəbələ Bəyannaməsi Türk dövlətləri arasında əməkdaşlığı gücləndirəcək.
Bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
O bildirib ki, təşkilat çərçivəsində həmrəylik, etimad daha da güclənib: “Bununla Qırğız Respublikası sədrliyini başa çatdırır və onu Azərbaycana ötürür. Əminəm ki, Azərbaycan öz tərəfindən Türk xalqlarının inkişafına yönəlmiş bütün səyləri inkişaf etdirəcək”.
Qırğızıstan dövlət başçısı bildirib ki, bu gün xarici təhdidlər mühüm əhəmiyyət kəsb edir.
“Biz regionda təhlükəsizliyin, sabitliyin təmini üçün öhdəlik götürmüşük. Türk dünyası üz-üzə qaldığı çağırışların öhdəsindən daha yaxşı gəlməlidir. Bu baxımdan Azərbaycan və Ermənistan liderləri arasında imzalanan birgə bəyanatı alqışlayırıq. Bunun sayəsində Cənubi Qafqazda davamlı sülh, sabitlik olacaq”, - Sadır Japarov vurğulayıb.
.