Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycandakı səfiri Kayrat Osmonaliyevə şiddətli töhmət verib.

Bu barədə Qırğızıstan Prezident Administrasiyasının informasiya siyasəti xidməti məlumat yayıb.

Qeyd olunub ki, K. Osmonaliyevin ötən gün Bakıda mətbuat konfransında “Qırğızıstan Orta Asiya və Cənubi Qafqaz respublikalarına Rusiyadan ayrı görüşməyi təklif edib” fikri həqiqətə uyğun deyil və təxribat xarakteri daşıyır.

Bildirilib ki, qeyd olunan məsələ ilə bağlı hər hansı söhbət olmayıb.

Bəyanata görə, Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyevə Prezident Sadır Japarov tərəfindən şiddətli töhmət verilib.

.