Qırğızıstan müdafiə nazirinin müavini Nurkalı Jumabayev həbs olunub.
"Report" Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, nazir müavini saxta sənəd düzəltməkdə şübhəli bilinir. Onu Dövlət Təhlükəsizlik Komitəsinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları həbs edib.
Qırğızstan Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidməti də faktı təsdiqləyib.
Xəbərdə bildirlib ki, polkovnik Nurkalı Jumabayev sığorta almaq məqsədi ilə ayağında olan xəsarəti hərbi xidmət zamanı zədələnmə kimi sənədləşdirməkdə şübhəli bilinir.
Ötən il N.Jumabayev Müdafiə Nazirliyinin binasının girişində ayağından zədələnib. Sonra o, sığorta almaq üçün bunu xidmət zamanı aldığı xəsarət kimi sənədləşdirir.
Hərbi Prokurorluq polkovinikə qarşı Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və xidməti saxtakarlıq maddələri ilə cinayət işi açıb.
.