Qırğız Respublikasının Prezidenti vəzifəsini icra edən Talant Mamıtov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi arzularımla təbrik edirəm.

Azərbaycan Sizin peşəkarlığınız və həyat təcrübəniz, xalqların dəstəyini və hörmətini qazanmış müdrik rəhbərliyiniz sayəsində çoxlu nailiyyətlər əldə etdi.

Əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasındakı faydalı əməkdaşlıq, habelə ölkələrimizin dostluq münasibətləri xalqlarımızın rifahı naminə gələcəkdə də möhkəmlənəcək.

Eyni zamanda, Sizi Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan qarşıdan gələn yeni 2021-ci il münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı və uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram”.

.