Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi üçün xidməti minik avtomobillərinin say həddi (limiti) müəyyənləşib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.

Qərara əsasən, Qida Təhlükəsizliyi Agentliyi üçün 11-i aparat üzrə, 11-i ərazi və yerli bölmələr üzrə olmaqla, 22 ədəd xidməti minik avtomobill limiti müəyyənləşib. 

.