Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov çıxış edib.
Azvision.az-ın məlumatına görə, nazir bildirib ki, deputatların büdcə müzakirələri zamanı səsləndirdiyi təkliflər nəzərdən keçirilib və bəzi sahələrə ayrılan vəsait artırılıb.
S.Şərifov qeyd edib ki, 2005-ci ilin dövlət büdcəsindən elm xərcləri üçün ayrılan vəsait artırılıb. Belə ki, elm xərcləri üçün 142 milyon 457 min manat nəzərdə tutulmuşdusa, hökumət tərəfindən qərar verilib ki, bu məbləğ 800 milyon məbləğində arıtılıb.
Siyasi partiyalara ayrılan vəsait də artırılıb. Belə ki, 2014-cü ilin dövlət büdcəsindən 250 min manat qalmışdı və bu məbləğ partiyalar arasında bölüşdürülməmişdi. Qərara alınıb ki, həmin vəsait 2015-ci ili dövlət büdcəsinə əlavə olunacaq və partiyalar arasında bölünəcək.
Samir Şərifovun sözlərinə görə, qeyri-hökumət təşkilatlarına ayrılan vəsait də artırılıb. Bildirib ki, deputatların fikirləri əsas götürülərək QHT-lərə ayrılan vəsait 600 min manat artılırılıb.
Nazir onu da bildirib ki, Milli Məclis və onun Aparatının saxlanılması üçün 2015-cu il üzrə xərclər 450 min manat artırılaraq 23 milyon 807 min manat olub.
.