Qəzza zolağında İsrail hərbçiləri ilə baş verən qarşıdurmalar zamanı yaralanan fələstinlilərin sayı 300 nəfəri ötüb.
Yenizaman.az RİA "Novosti"-yə istinadən xəbər verir ki, bu barədəSəhiyyə Nazirliyindən və Fələstinin Qırmızı Aypara Cəmiyyətindən bildirilib.
Qeyd edilir ki, Qəzza zolağında xəsarət alanların sayı 170 nəfərə çatıb. Onlardan 50-i odlu silahdan açılan atəşlə yaralanıblar. Daha 120 nəfər gözyaşardıcı qazdan istifadə zamanı zəhərlənib.
Qarşıdurmalar zamanı ümumilikdə 304 nəfər xəsarət alıb.Nazirliyin nümayəndəsi Əşrəf əl-Kedra bildirib ki, yaralılara tibbi xidmət göstərilib.
***Qəzza zolağındaİsrail hərbçiləri ilə baş verənqarşıdurmalar zamanı yüzlərlə fələstinli yaralanıb.
Yenizaman.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin DövlətininSəhiyyə Nazirliyindən bildiriblər.
Nazirliyin mətbuat nümayəndəsi Əşrəf əl-Kedranın sözlərinə görə, döyüş güllələri ilə yaralanan 34 nəfərxəstəxanaya yerləşdirilib: "İki nəfərin vəziyyəti ağırdır. Daha 64 nəfər qazdan zəhərlənəndir. Onlara yerindəcə yardım edilib".
Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Erab əl-Fukaha bildirib ki, tibb işçiləri İordan çayının qərb sahilində daha 130 fələstinliyə təcili yardım göstərib: "Onlardan 4-ü döyüş gülləsi, digərləri isə rezin güllələrdən yaralanıb. Bəzi insanlar gözyaşardıcı qazdan zəhərlənib".
.
