Dohada Qəzza ilə bağlı danışıqlar ciddi, konstruktiv və müsbət mühitdə keçib.

Bu barədə Misir, Qətər və ABŞ-ın birgə bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, tərəflər Qəzzada müharibəyə son qoymaq üçün razılığa gəlmək ümidi ilə gələn həftənin sonuna qədər Qahirədə yenidən görüşəcəklər.

Bəyanatda deyilir ki, texniki qruplar yaxın günlərdə Vaşinqtonun təklif etdiyi yeni razılaşmanın həyata keçirilməsinin təfərrüatları üzərində işləməyə davam edəcəklər.

***

Qəzza üzrə danışıqların Doha raundu başa çatıb.

Bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

O qeyd edib ki, danışıqların nəticəsi ilə bağlı bəyanat yayımlanacaq.

İsrail mediasının məlumatına görə, Dohada atəşkəs danışıqlarında iştirak edən İsrail nümayəndə heyəti bu axşam ölkəyə qayıdacaq.

Qeyd edək ki, ötən gün Qəzzada atəşkəsin elan edilməsi ilə bağlı Qətərin paytaxtı Dohada danışıqlar başlayıb.

Görüşdə Qətər, ABŞ, Misir və İsrail nümayəndələri iştirak edib.

Dohada keçirilən danışıqlara HAMAS nümayəndələri qatılmayıb.

.