Qətərin energetika və sənaye naziri Məhəmməd bin Saleh əz-Sada Azərbaycana ova gəlib.
Virtualaz.org saytının Şirvan bürosu xəbər verir ki, qətərli nazir Azərbaycanda on günlük ov turunun təşkil edilməsi üçün yerli turizm agentliklərindən birinə müraciət edib.
Qətər nazirini 11 nəfərdən ibarət qrup müşayiət edir. Bura qulluqçular, aşpaz və hətta ov şahinləri üçün veterinar da daxildir. Nazir Azərbaycana 10 ov şahini gətirib.
Məhəmməd bin Saleh əz-Sada ov üçün Mil-Muğan düzünü, Sabirabad və İmişli rayonlarının ərazisini əhatə edən Sarısu ovçuluq təsərrüfatını seçib.
Qətərli nazir vaxtının çox hissəsini ovda keçirir, gecələmək üçün isə Salyanda yerləşən lüks "Kür" otelinə gəlir.

