Suriya xarici işlər nazirinin müavini Feysəl Miqdad "BBC" telekanalına müsahibəsində Qərbin kəşfiyyat orqanlarının nümayəndə heyətinin Dəməşqə gəldiyini bildirib. O, konkret hansı ölkələrin kəşfiyyat nümayəndələrinin Dəməşqə gəldiyini deməsə də, səfərdə məqsədin Suriyadakı terrorçu qruplaşmalarla mübarizə yollarının olduğunu açıqlayıb.
Feysəl Miqdad çıxışı zamanı Avropa ölkələrinin səfirliklərinin yenidən fəaliyyətini bərpa etməsinə də aydınlıq gətirib: "Bir çox ölkələr səfirliklərinin yenidən fəaliyyəti ilə bağlı bizə müraciət ediblər. Bəziləri isə "Cenevrə-2" görüşünün nəticələrini gözləməkdədir. Qərbdə siyasətçilərlə təhlükəsizlik qurumları arasında Bəşşar Əsədin hakimiyyətdən getməsi ilə bağlı ciddi fikir ayrılığı mövcuddur. Avropa ölkələri artıq anlamağa başlayıb ki, Bəşşar Əsədi əvəzləyəcək alternativ şəxs yoxdur."
.