Qərbi Azərbaycan İcması Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanın İrəvanın Qarabağa UNESCO missiyasının göndərilməsi istiqamətində səyləri barədə səsləndirdiyi fikirlərlə cavab verib.

İcmanın bəyanatında bildirilib ki, bütün bunlar Ermənistanın hələ də Azərbaycanın suverenliyini təhdid etdiyini, ardıcıl mövqeyinin olmadığını göstərir.

"Ermənistan digər suveren ölkənin daxili işlərinə qarışmamalı, özünə aid olan məsələ ilə məşğul olmalı və bu xüsusda, Ermənistanda Azərbaycan xalqının mədəni irsinin acınacaqlı vəziyyətinin araşdırılması məqsədilə UNESCO missiyasının səfərinə razılıq verməlidir. "Azərbaycana UNESCO missiyası getsin, amma Ermənistana olmaz" yanaşması təkəbbürlü və irqçi mövqedir", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, V.Kostanyan jurnalistlərə açıqlamasında deyib ki, İrəvan Qarabağa UNESCO missiyasının göndərilməsi üçün daimi çalışır.

.