Qərbi Azərbayan İcması Almaniya XİN rəhbəri Annalena Berbokun Laçın yolu ətrafında baş verən hadisələrlə bağlı açıqlamasını pisləyib.

İcmadan verilən xəbərə görə, açıqlamada deyilir:

“Qərbi Azərbayan İcması Almaniyanın xarici işlər nazirinin 2023-cü il 31 avqust tarixli bəyanatı ilə əlaqədar bildirir ki, alman nazir ya belçikalı və kanadalı həmkarları kimi böyük bir ölçüdə məsələlərin mahiyyətindən xəbərsizdir, ya da bəzi islamofob, azərbaycanofob Qərb mediasının təsiri altındadır. Almaniya kimi bir ölkənin keçmiş münaqişəyə dair öz mövqeyinin olmaması, başqalarının mövqeyindən çıxış etməsi çoxlu suallar doğurur. Yəqin ki buna görə,Almaniya bütün günü beynəlxalq hüquqdan, qanunun aliliyindən, insan hüquqlarından danışmasına baxmayaraq Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün Ermənistana çağırış etməmiş, bu ölkədən deportasiya edilmiş azərbaycanlıların qayıdışı, hüquqları məsələsinə toxunmamışdır.

Alman naziri, ölkəsinin başqalarının Cənubi Qafqaz regionuna gətirmək istədiyi təhlükəli geosiyasi rəqabət ssenarisində yer almamağa çağırırıq”.

.