Qədim Misir allahının mumiyası tapıldı - Nadir tapıntı (Fotolar)

20,703 oxunub

Qədim Misir allahlarından olan Sebekin mumiyası tapılıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 4 metrlik timsah mumiyası Kena əyalətinin şimalında alimlər tərəfindən aparılan qazıntılar zamanı aşkarlanıb. Belə bir tapıntı barədə əyalətin qədimlikləri üzrə idarənin rəhbəri Ayhan Handi danışıb.

Nadir tapıntı Nil çayının sahilində, Nag-Hammadidə aşkarlanıb. Burada minilliklər əvvəl fironlara yaxın olan zadəganların məzarları, eləcə də Qədim Misirin əsas allahlarından bir neçəsinin məbədləri yerləşib.

Qazıntılar zamanı Nag-Hammadidə arxeoloqlar daha bir neçə mumiyalanmış timsahlar da üzə çıxarıblar. Onlardan 2-sinin uzunluğu 1,2 metrdən artıqdır. Bundan əlavə, balzamlama prosesində istifadə olunan xüsusi alətlər və dəfndən əvvəl mumiyaların sarıldığı parça rulonları tapılıb.

Tapıntının unikallığı ondadır ki, bu zamana qədər Nag-Hammadidə timsah-allah Sebeka aid heç nə aşkarlanmayıb. Hətta onun şərəfinə ucaldılan kiçik bir məbəd də yoxdur. Odur ki, alimlər indiyə qədər bu əyalətin Sebeka sitayiş etdiyini bilməyiblər.

Hazırda alimlər timsah mumiyalarının məhz hansı fironların idarəetmə dövrünə aid olduğunu və Sebeka sitayişin müasir Misirin cənubunda nə qədər ərazini əhatə etdiyini öyrənməyə çalışırlar.

Sebek su və Nil daşqınının allahı hesab olunub. Qədim misirlilərin inancına görə, Sebek qara qüvvələri qorxudaraq digər allahları və insanları qoruyub.


.
XƏBƏRLƏR 14-01-2026
14:50 Qırğızıstan Vladimir Solovyovu “persona-non-grata” elan edə bilər
14:25 Hizbullah tərksilah prosesinin vətəndaş müharibəsinə səbəb ola biləcəyinə dair xəbərdarlıq edib
14:17 KİV: ABŞ hərbçilərinə Qətərdəki bazanı tərk etmək tövsiyə olunub
14:07 Paşinyan Ermənistanın Aİ və Aİİ arasında seçimindən danışıb: xalqın iradəsinə buraxacağıq
13:51 Türkiyə İran və ABŞ rəsmiləri ilə təmaslara başlayıb
13:35 Əraqçi və Trampın xüsusi nümayəndəsi arasında birbaşa təmaslar dayandırılıb 
13:22 Ermənistan Naxçıvanla sərhəddə gömrük və sərhəd terminalları inşa etmək niyyətindədir
13:21 KİV: İran ABŞ-ın hərbi bazalarını vuracağı ilə bağlı region ölkələrinə xəbərdarlıq edib
13:18 Hakan Fidan son sutkada Abbas Əraqçi ilə ikinci dəfə telefon danışığı aparıb
13:05 KİV: Uitkoff və Kuşner tezliklə Moskvada Putinlə görüşə bilər
12:58 Bakı-Sumqayıt yolunda beş avtomobil toqquşub, xəsarət alanlar var
12:43 Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
12:32 Yuliya Timoşenkonun ofisində axtarış aparılıb, o, ukraynalı deputatların pulla ələ alınmasında təqsirləndirilir
12:17 Paşinyan: TRIPP-in icrası Ermənistan, ABŞ və ehtimal ki, Azərbaycanı tam qane edir
12:04 “Washington Post”: ABŞ-ın İranın təhlükəsizlik qüvvələrinin liderlərini hədəfə almaq ehtimalı daha böyükdür, nəinki nüvə təsisatlarını vurması
Təqvim