Tedros Adhanom Qebreyesus Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru vəzifəsinə yeganə namizəd olub.

Bu barədə ÜST-ün mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Tedros Adhanom Qebreyesus 2022-ci ilin mayında təşkilatın Baş direktoru vəzifəsinə seçkilərdə yeganə namizəddir.

Qeyd edilib ki, namizədlərin ərizələrinin qəbulu sentyabrın 23-də başa çatıb. ÜST-ün hazırkı Baş direktoru Tedros Adhanom Qebreyesus yeganə namizəd olub.

Onun namizədliyi təşkilata üzv 28 ölkə tərəfindən irəli sürülüb.

Qeyd edək ki, ÜST-ün növbəti Baş direktoru 2022-ci ilin mayında 75-ci Ümumdünya Səhiyyə Assambleyası zamanı seçiləcək.

.