Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Qəbələ” səfərdə Serbiyanın "Çukariçki” klubunun qonağı olub, və minimal hesabla (1:0) məğlub olub.

Yeganə qolu oyunun 53-cü dəqiqəsində penalti zərbəsindən Nikola Stoylkoviç vurub.

Cavab qarşılaşması iyulun 23-də Bakıda "Baksell Arena”da keçiriləcək.


.