
Rusiyanın "Qazprom” şirkəti Türkmənistanın "Türkmənqaz” şirkətini Stokholm Arbitraj Məhkəməsinə verib.
Bu barədə informasiyanı "Forbes” özünün etibarlı mənbəsinə istinadən yayıb. Mənbənin məlumatına görə, 2010-cu ildə imzalanan müqaviləyə əsasən "Qazprom” Türkmənistandan almalı olduğu 10 milyard kub metr qazı indi 4 milyard kub metrə salmaq istəyir. Alınan qazın həcminin azaldılmasına əsas səbəb kimi ixrac qiymətlərinin ucuzlaşması və Avropada Rusiya qazına olan tələbatın azalması göstərilir.
Qeyd edək ki, bir müddət öncə "Qazprom” və Çinin CNPC şirkəti "Altay” kəməri ilə bağlı müqavilənin imzalanmasını müəyyən edilməmiş zamana qədər təxirə salmışdı.
.