
Rusiyanın "Qazprom” şirkətinin rəhbəri Aleksey Miller Avropanın qaz mənbələrini diversifikasiya etmək səylərinin iflasa uğradığını bəyan edib.
Virtualaz.org saytı xəbər verir ki, Sankt-Peterburqda keçirilən IV beynəlxalq qaz forumunda çıxışı zamanı A.Miller Avropa qaz bazarında yeni qiymətlərin formalaşcağını bildirib.
A.Millerin sözlərinə görə, Avropa bərpaolunan enerji mənbələrinə 400 milyard dollardan çox vəsait xərcləsə də atmosferə atılan karbondioksid qazının həcmi azalmayıb. Hansı ki, bərpaolunan enerji mənbələri hesabına bu həcmi azaltmaq nəzərdə tutulurdu.
"Qazprom” rəhbərinin sözlərinə görə, Avropa qaz təchizatı mənbələrini şaxələndirməyə çalışsa da bu səyləri iflasa uğrayıb.
"Bu səylərdən hələlik ancaq Azərbaycandan ildə 10 milyard kubmetr qaz nəql etməyə imkan verən "Cənub qaz dəhlizi” layihəsi uğurla baş tutub. Ancaq biz hamımız bilirik ki, Avropanın tələbatı ilə müqayisədə bu, nə dərəcədə kiçik həcmdir” - deyə A.Miller bildirib.
.