İyunun 30-da Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Könül İbrahimlinin yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Qeyd edək ki, mərhumun yaxınları Könül İbrahimlinin 3 ay əvvəl ailə həyatı qurduğunu, lakin ilk günlərdən etibarən həyat yoldaşı Nicat Yusifzadənin ona qarşı zorakılıq etdiyini iddia ediblər. Nicat Yusifzadə İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.
 

.