Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin xarici işlər naziri Murat Nurtleunu vəzifəsindən azad edib.

Bu barədə məlumatı Qazaxıstan liderinin Mətbuat xidməti yayıb. 

Həmin posta isə Yermek Koşerbayev gətirilib. 

Bununla yanaşı, Tokayev digər bir sərəncamla M.Nurtleunu Qazaxıstan prezidentinin beynəlxalq investisiya və ticarət əməkdaşlığı üzrə köməkçisi təyin edib. 

Nurtleu 2023-cü ilin aprelindən XİN rəhbəri vəzifəsini tuturdu.

Xatırladaq ki, sentyabrın əvvəlində Qazaxıstan mediasında Murat Nurtleunun saxlanılması barədə məlumat yayılsa da, rəsmi qurumlar bunu təkzib etmişdi.

.