Qazaxıstanda maye qazın bahalaşması ilə bağlı keçirilən etiraz aksiyaları səngimir.

 Aktobe şəhərində polis əməkdaşları aksiya iştirakçılarının tərəfinə keçib və aksiyanı dağıtmağı dayandırıblar. Polis əməkdaşları xalqın yanında olduqlarını və xalqa əl qaldırmayacaqlarını bildiriblər.

Eyni zamanda, avtobus sürücüləri də aksiyaya qoşulub və küçələri nəqliyyat vasitələri ilə bağlayıblar.

“Протесты в мире” (Dünyada etirazlar) teleqram kanalının məlumatına görə, etirazçılar Almatı vilayətinin hökumət binasını ələ keçiriblər.

Xatırladaq ki, yanvarın 2-dən etibarən Qazaxıstanda qazla bağlı etiraz aksiyaları keçirilir. Ölkədə kütləvi etirazlar maye qazın qiymətinin bahalaşmasından sonra başlayıb. Bununla yanaşı, yanvarın 4-ü axşam saatlarında Almatıda aksiya iştirakçıları və polis arasında toqquşma baş verib. Qazaxıstan hökuməti istefa verib.

 

.