Qazaxıstanda referendum baş tutub.

Qazaxıstan Mərkəzi Seçki Komissiyası indiyə qədər 7 saat ərzində seçicilərin 53,43 faizinin səs verdiyini açıqlayıb.

Beləliklə, seçici fəallığı 50 faiz baryerini keçdiyi üçün referendum baş tutmuş sayılıb.

Qeyd edək ki, bu gün Qazaxıstanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir. Dəyişikliklərə əsasən, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli idarəetmə orqanlarının rolu əhəmiyyətli dərəcədə artırılır, insan hüquqlarının müdafiəsi sistemi gücləndirilir, Dəyişiklikdə Konstitusiya Məhkəməsinin yaradılması, ölüm hökmünün tam ləğvi, birinci Prezident Nursultan Nazarbayevin statusu ilə bağlı müddəaların Konstitusiyadan çıxarılması əksini tapıb.

.