Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkisinin yekun nəticəsini açıqlayıb.

“Kazinform” xəbər verir ki, MSK sədri Nurlan Abdirov hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevin qalib gəldiyini deyib. “Dünən biz ilkin nəticələri elan etdik və artıq orijinal protokolları əldə etdik. Kasım-Jomart Tokayev 81,31 faiz səs toplayaraq seçkidə qalib gəlib”.

O da əlavə olunub ki, seçkidə 3,42 faiz səs toplayan Jiquli Dayrabayev ikinci pillədə yer alıb.

Xatırladaq ki, Qazaxıstanda 20 noyabrda növbədənkənar prezident seçkisi keçirilib.

.