Qazaxıstanda KİV-də, telekommunikasiya şəbəkələrində, eləcə də onlayn platformalarda LGBT və pedofiliyanın təbliğatı qadağan edilib.
Yenizaman Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, ölkə Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı müvafiq qanunu imzalayıb.
Qeyd edək ki, sözügedən qanun dekabrın 18-də Qazaxıstan Senatında (parlamentin yuxarı palatası – red.) qəbul edilib.
.
