Qazaxıstanda kütləvi iğtişaşlar zamanı saxlanılan şəxslərin sayı açıqlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 3706 nəfəri saxlayıb.

Xatırladaq ki, Qazaxıstanda maye qazın bahalaşması səbəbindən yanvarın 2-si etiraz aksiyası başlayıb. Bir neçə gündən sonra aksiya kütləvi iğtişaşlara çevrilib. Qarşıdurmalar nəticəsində 18 polis və 2 hərbçi həlak olub, 26 silahlı şəxs zərərsizləşdirilib. Hazırda ölkənin müxtəlif yerlərində vəziyyət sakitləşsə də, Almatıda nisbətən gərgin vəziyyət hökm sürür.

.